“Anam Holokostdan sağ çıxdı. Bu gün burada gördüklərim mənə ötən əsrin hadisələrini xatırlatdı”.
“Mossad”ın keçmiş direktoru Tamir Pardo işğal olunmuş İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşan israillilərin zorakılığını müşahidə etmək üçün səfəri zamanı şahidi olduğu səhnələri Holokosta oxşatdı.
Tamir Pardo 2011-ci ildən 2016-cı ilə qədər İsrailin kəşfiyyat agentliyi olan “Mossad”ın direktoru vəzifəsində çalışıb. İsrail ordusunda təqaüddə olan briqada generalı Pardo işğal olunmuş İordan çayının qərb sahilində qanunsuz məskunlaşan israillilərin zorakılığını və İsrail siyasətini açıq şəkildə tənqid edən ən yüksək rütbəli keçmiş İsrail təhlükəsizlik işçilərindən biridir.
