İsrailli bir diplomatın BMT Baş Assambleyasının zalında gəzərək Benyamin Netanyahunun çıxışı zamanı zalı tərk edən ölkələri və nümayəndə heyətlərini bir-bir qeydə aldığı görülüb.
Qeyri-rəsmi mənbələrə görə B.Netanyahunun çıxışı zamanı təxminən 77 nümayəndə heyəti zalı tərk edib. Lakin BMT sözügedən nümayəndə heyətlərinin rəsmi yekun siyahısını hələ də dərc etməyib.