“Bombalar ölkəmizə düşərkən, xalqımız uşaqlarını dağıntılar altından çıxararkən siz harada idiniz?”
İranəsilli amerikalı fəal Vaşinqtonda keçirilən Təhlükəsizlik Sammiti zamanı İranın son şahının oğlu Rza Pəhləvi ilə üz-üzə gəlib. Sözügedən sammitin silah istehsalçısı "Lockheed Martin" və "Politico" xəbər saytı tərəfindən təşkil edildiyi bildirilir.
