6 saat əvvəl
Aprelin 17-də qüvvəyə minən atəşkəsdən sonra məcburi köçkün düşmüş livanlılar evlərinə qayıtmağa başlayıb. Sakinlərin cənubdakı kəndlərə və Beyrutun cənub ətraf ərazilərinə geri dönməsi ilə əlaqədar yollarda sıx nəqliyyat müşahidə olunur.
Xatırladaq ki, İsrail martın 2-də Livana qarşı hücuma başlamışdı. Hücum nəticəsində 2.196 nəfər həyatını itirib, 7.185 nəfər yaralanıb, bir milyondan çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
