Modi Hindistanı "demokratiyanın ana vətəni" kimi səciyyələndirib
Dünya
Modi Hindistanı "demokratiyanın ana vətəni" kimi səciyyələndirib
"Ölkədə 100-dən çox dil var"

Yeni Dehlidə “Bloomberg” tərəfindən təşkil edilən iqtisadi forumda çıxış edən Hindistanın Baş naziri Narendra Modi minlərlə dinc etirazçının həbs edildiyi və ifadə azadlığının məhdudlaşdırıldığı ittihamlarının mərkəzindəykən Hindistanı "demokratiyanın ana vətəni" kimi səciyyələndirib.

Mərkəzi qərargahı ABŞ-də yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) məlumatına görө, hökumət əleyhinə etirazları işıqlandıran azı 35 media əməkdaşı da bu həftə sonu 48 saat ərzində saxlanılıb.

Yeni Dehlidə çoxsaylı etirazların qadağan edilməsinə və "Cockroach Janta Parti"nin “Instagram” səhifələrinə senzur tətbiq olunduğu iddialarına baxmayaraq, Modi ölkəsində sosial media daxil olmaqla "açıq müzakirələrin aparıldığını" irəli sürüb.

İnsan Haqları İzləmə Təşkilatı (HRW) oktyabrın 14-də yayımladığı hesabatda dinc etirazçılara qarşı təzyiq göstərmək üçün sui-istifadə halları ehtiva edən metodlardan istifadə edilməsini və həddindən artıq polis zorakılığı olaraq səciyyələndirdiyi vəziyyəti qınayıb.

Təşkilatın Asiya Direktoru Eleyn Pirson, "Modi hökuməti gənc etirazçıları həbs etməkdən imtina etməlidir. Bunun əvəzinə səsvermə hüququ və seçkilərin ədalətli olması ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün onlarla dialoq qurmalıdır" ifadələrini işlədib.


Daha çox video
İşğal altındakı İordan çayının qərb sahilində qanunsuz israilli məskunlaşanlar məscidi yandırblar
Hersoq çıxış etməyə başlayanda, nazir Hakan Fidan daxil olmaqla 10 ölkə nümayəndəsi zalı tərk etdi
Qanunsuz yəhudi məskunlaşanlar fələstinlilərə məxsus ağaclardan zeytin oğurlayıblar
İsrailin Qəzzaya hücumlardan sonra jurnalistlər yanan evdə qalan azyaşlı qızı xilas ediblər
İsrailli kişi Fələstin tərəfdarı etirazçılara və Nyu-York polisinə sataşdı
Fransada mağazaların soyutma sistemlərinə kiberhücum edilib
Yunanıstanın paytaxtı Afinada tələbələr yaşayış qiymətlərinin artmasına etiraz ediblər
İsrail qüvvələri Ramallahda reyd keçirərək Fələstin təşkilatlarının ofislərini bağlayıb
İşğalçı qüvvələri geri çəkilməyə məcbur edən cəsarət
Portativ şarj cihazları təyyarələrdə niyə təhlükəli ola bilər?