Qanunsuz yəhudi məskunlaşanlar fələstinlilərə məxsus ağaclardan zeytin oğurlayıblar
Dünya
Qanunsuz yəhudi məskunlaşanlar fələstinlilərə məxsus ağaclardan zeytin oğurlayıblar
Masafer Yatta bölgəsində fələstinlilərə məxsus zeytunluqlara daxil olan qanunsuz israilli məskunlaşanlar ağaclardakı zeytunları oğurlayıblar

Yerli mənbələrin bildirdiyinə görə, işğal altındakı İordan çayının qərb sahilinin Əl-Xəlil şəhərinin cənubundakı Masafer Yatta bölgəsində oktyabrın 14-də fələstinlilərə məxsus zeytunluqlara daxil olan qanunsuz israilli məskunlaşanlar ağaclardakı zeytunları oğurlayıblar.

İşğal altındakı İordan çayının qərb sahilində zeytun yığım mövsümü rəsmi olaraq oktyabrın 15-də başlayır. Lakin artan İsrail məskunlaşan zorakılığı, hərbi basqınlar, keçid məhdudiyyətləri və aralarında saysız qanunsuz məntəqənin sürətlə qurulduğu məskunlaşma genişləndirmə fəaliyyətləri fələstinlilərin tarlalarına çatmasını getdikcə çətinləşdirir və torpaqları ilə olan bağlarını qoparır.

İşğal altındakı İordan çayının qərb sahilində fəaliyyət göstərən 29 fələstinli və beynəlxalq təşkilatın iştirakı ilə həyata keçirilən araşdırmaya görə, qeyri-hökumət təşkilatlarının 79 faizi heyətinin yaxın zamanda hücuma, hədə-qorxuya və ya təzyiqə məruz qaldığını bildirib.

Fələstin Divar və Məskunlaşma Müqaviməti Komissiyası hadisələrin adətən fiziki hücumları, həbsləri, döyülmələri, bibər qazı hücumlarını, oğurluğu, evlərə yönələn basqınları, ağacların kəsilməsini və yolların bağlanması əməllərini əhatə etdiyini açıqlayıb. 


Daha çox video
İşğal altındakı İordan çayının qərb sahilində qanunsuz israilli məskunlaşanlar məscidi yandırblar
Hersoq çıxış etməyə başlayanda, nazir Hakan Fidan daxil olmaqla 10 ölkə nümayəndəsi zalı tərk etdi
Modi Hindistanı "demokratiyanın ana vətəni" kimi səciyyələndirib
İsrailin Qəzzaya hücumlardan sonra jurnalistlər yanan evdə qalan azyaşlı qızı xilas ediblər
İsrailli kişi Fələstin tərəfdarı etirazçılara və Nyu-York polisinə sataşdı
Fransada mağazaların soyutma sistemlərinə kiberhücum edilib
Yunanıstanın paytaxtı Afinada tələbələr yaşayış qiymətlərinin artmasına etiraz ediblər
İsrail qüvvələri Ramallahda reyd keçirərək Fələstin təşkilatlarının ofislərini bağlayıb
İşğalçı qüvvələri geri çəkilməyə məcbur edən cəsarət
Portativ şarj cihazları təyyarələrdə niyə təhlükəli ola bilər?