İsrailin Qəzzanın cənubundakı Nasser xəstəxanasına endirdiyi zərbə nəticəsində aralarında ümumi cərrahın da olduğu 6 nəfər həlak olub, ən azı 28 nəfər isə yaralanıb. Bu hücum İsraildə ötən ay keçirilən seçkilərdən bəri birdəfəyə həyata keçirilən ən ölümcül zərbə olub.
Nasser xəstəxanasında könüllü olaraq çalışan britaniyalı cərrah Qoher Rehbur endirilən hava zərbəsi nəticəsində bütün əməliyyat otaqlarının sıradan çıxdığını bildirib.
Xan Yunisdə yerləşən Nasser xəstəxanası İsrail ordusunun davam etdirdiyi soyqırım zamanı səhiyyə infrastrukturunu yerlə-yeksan etdiyi, mühasirə altındakı Qəzzada ayaqda qalan və fəaliyyətini davam etdirən son tibb müəssisələrindən biri idi.