Qəzzada 10 aylıq körpə çadırda donaraq ölüb
Dünya
Qəzzada 10 aylıq körpə çadırda donaraq ölüb
BMT rəsmilərinin verdiyi məlumata görə, İsrail mühasirə altındakı Qəzzaya 150 min çadır, generator və tikinti materiallarının daxil olmasına mane olmağa davam edir

10 aylıq fələstinli körpə Kənan ər-Rəqiq Qəzzanın cənubundakı Xan Yunisdə məcburi köçkün ailəsi ilə birlikdə qaldığı çadırda həddindən artıq soyuq hava səbəbindən can verib.

Körpənin atası Əhməd ər-Rəqiq noyabrın12-də verdiyi açıqlamada "Oyandığımda dərisinin göyərdiyini görüb dərhal Nasir Xəstəxanasına apardım, lakin hipotermiya səbəbindən artıq həyatını itirmişdi" deyib.

Körpənin babası Rəşid ər-Rəqiq isə "Anadolu" Agentliyinə bildirib ki, körpəsini itirən ailənin yağış suyunun paltarlarını, ədyallarını və yataq dəstlərini islatdığı cırıq bir çadırda yaşamaq üçün mübarizə apardığını bildirib

BMT rəsmilərinin verdiyi məlumata görə, İsrail mühasirə altındakı Qəzzaya 150 min çadır, generator və tikinti materiallarının daxil olmasına mane olmağa davam edir.

BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq noyabrın 11-də verdiyi açıqlamada "İcazələr verilən kimi bunları gətirməyə hazırıq" ifadələrini işlədib.

Daha çox video
Prezident Ərdoğan COP31 İqlim Sammitində Qəzzadakı humanitar böhrana diqqət çəkib
Avstraliyanın Viktoriya ştatında altı gün itkin düşən 17 yaşlı yeniyetmə sağ tapılıb
İsrailin Nasser xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində azı altı fələstinli həyatını itirib
Amerikalı senator B.Şats İsraili Qəzzaya humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıb
Palau Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla selfi çəkdirib
İsrail Hərbi Dəniz Qüvvələri Qəzza sahillərində fələstinli balıqçılara atəş açıb
Yelisey sarayında rəsmi qarşılanma zamanı fəxri qarovulun bir üzvü huşunu itirib
Antalyada COP31 sammiti çərçivəsində dron şousu keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 sammitində çıxış edib
Fələstinli bir şəxs İsrailin törətdiyi hava hücumunu lentə aldı