Fələstin mediasının verdiyi məlumata görə, İsrail qüvvələrinin təşkil etdiyi hava hücumu nəticəsində Qəzza şəhərinin Təl əl-Həva məhəlləsində bir mülki avtomobildə olan üç fələstinli həlak olub.
Qeyd edək ki, bu hücum hadisəsi ABŞ prezidenti Donald Trampın mühasirə altında olan Qəzzaya yönəlik hücumların dayandırılması çağırışına baxmayaraq baş verib.