ABŞ-də ICE əməkdaşları törətdikləri zorakı həbs zamanı ABŞ vətəndaşının qolunu sındırıblar
Dünya
ABŞ-də ICE əməkdaşları törətdikləri zorakı həbs zamanı ABŞ vətəndaşının qolunu sındırıblar
"ProPublica" nəşrinin məlumatına görə, son iki il ərzində təxminən 506 ABŞ vətəndaşı ICE tərəfindən saxlanılıb

Xəsarət alan şəxsin ailəsi və yerli rəsmilər tərəfindən verilən məlumata görə, oktyabrın 17-də Kaliforniyanın Lonq Biç şəhərindəki bir küçədə ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentləri zorakı saxlama prosesi həyata keçirib. Əməliyyat zamanı bir ABŞ vətəndaşının qolu sındırılıb.

Zərərçəkənin qızı Lesli Qonsales atasının tibbi xərclərini qarşılamağa kömək etmək məqsədilə "GoFundMe" səhifəsi yaradıb. L.Qonsales bildirib ki, atası elektrikli velosipedlə hərəkətdə olarkən federal agentlərin idarə etdiyi mülki avtomobil tərəfindən vurulub. Daha sonra o, iki dəfə elektroşok cihazına (taser) məruz qalıb və yerdə hərəkət edə bilməyəcək saxlanılıb. Atası ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Rikardo Qonsalesin zorakılıqla saxlanılması Lonq Biç meriyasının sədri Reks Riçardson və seçki dairəsinə Lonq Biç şəhəri də daxil olan Demokrat Konqres üzvü Robert Qarsiya tərəfindən pislənilib. Qarsiya ICE tərəfindən ziyan vurulan ailəyə dəstək olan və baş verənləri lentə alan məhəllə sakinlərinə təşəkkür edib.

Qeyd edək ki, "ProPublica" nəşrinin oktyabr ayında dərc etdiyi araşdırmaya əsasən, son iki il ərzində təxminən 506 ABŞ vətəndaşı ICE tərəfindən saxlanılıb. Aralarında uşaqların da olduğu bir çox amerikalı isə səhvən ölkədən deportasiya edilib.


Daha çox video
Qəzzada mülki şəxslər İsrailə məxsus pilotsuz uçuş aparatının hücumuna məruz qaldılar
Fransada tüğyan edən etiraz aksiyalarında təxminən 1800 nəfər saxlanılıb
İsrael Katz "Qəzza modeli"ni Livanın cənubunda tətbiq etməsilə öyünür
Pep Qvardiola İsrailin Qəzzada törətdiyi soyqırımı pisləyib
Oktyabrın 17-də Fransada keçirilən etiraz aksiyaları zamanı mağazalar qarət olunub
Marko Rubio İsrailə çağırış etdi:‘’Qeyri-qanuni israilli köçkünlərin hücumlarına müdaxilə edin"
Kilsədə ayin zamanı başına xaç düşən keşiş həyatını itirib
Milanda İtaliya polisi ilə etirazçılar arasında qarşıdurma baş verib
Ben Qvirin çıxışı zamanı israilli etirazçılar tədbirə mane olublar
Parisdə nümayişçilər bir heykələ nəhəng sarı jilet geyindiriblər