İsrailin müdafiə naziri İsrael Katz İsrail televiziyasında etdiyi çıxışında Livanın cənubunda "Qəzza modeli"ni tətbiq etməsilə öyünərək, bölgədə 60-dan çox kəndin yerlə-yeksan edildiyini, 23 min mənzilin dağıdıldığını və 200 min mülki şəxsin didərgin salındığını bildirib.
Qeyd edək ki, İsrail 2026-cı ilin aprel ayında əldə olunan atəşkəs razılaşmasından bəri Livanın cənubundakı evləri və kəndləri genişmiqyaslı şəkildə dağıdaraq böyük əraziləri yaşanmaz hala gətirib. İsrail bir tərəfdən bölgə sakinlərini köçə məcbur edərkən, digər tərəfdən də Livan ərazisindəki qanunsuz işğalını genişləndirməyə davam edir.