İspaniyanın Baş naziri Pedro Sançes Qəzzada özünün divar rəsmini çəkən fələstinli Layana və yerli rəssamlara təşəkkür edib. O, bu təşəkkür mesajını İsrailin soyqırımının törətdiyi dağıntılar fonunda İspaniyanın Fələstinlə həmrəyliyinə minnətdarlıq əlaməti olaraq göndərib. P.Sançes video-mesajında bu addımdan dərindən təsirləndiyini bildirib. İspaniya Baş naziri Qəzzadakı uşaqlar və onların ailələri ilə həmrəy olduğunu ifadə edib. İspaniya xalqının onların səsini eşitdiyini, gördüyünü, onlar üçün narahat olduğunu və onları unutmadığını vurğulayan P.Sançes Qəzzadakı uşaqların tezliklə sülh şəraitində yaşaya və təhsil ala biləcəklərinə ümid etdiyini dilə gətirib.
Daha çox video
P.Sançes onun portretini divara çəkən fələstinli qıza səmimi mesajla cavab verib
P.Sançes Qəzzadakı uşaqların tezliklə sülh şəraitində yaşaya və təhsil ala biləcəklərinə ümid etdiyini dilə gətirib
Daha çox video