İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhərinin cənubunda yerləşən Madama kəndinə reyd keçirib. Reyd zamanı şəhid olmuş fələstinlilərin xatirəsinə ucaldılan abidələr dağıdılıb. İsrail qüvvələri və qeyri-qanuni israilli köçkünlər işğal altındakı İordan çayının qərb sahilində şəhid olmuş fələstinlilərin xatirəsini əbədiləşdirmək üçün qoyulan çoxlu sayıda abidəni dağıdaraq məhv ediblər.
Qeyd edək ki, İsrail parlament seçkiləri ərəfəsində işğal altındakı İordan çayının qərb sahilində hücum, reyd, həbs və dağıntı əməliyyatlarını intensivləşdirib. Fələstinlilərə qarşı həyata keçirilən etnik təmizləmənin İsrail seçicilərinin səslərini qazanmaq üçün vasitəyə çevrilməsi kəskin tənqidlərə səbəb olur.