İsrail qüvvələri oktyabrın 24-də işğal altındakı İordan çayının qərb sahilinin Əl-Xəlil şəhərində Eyn-Deir-Bahhaya gedən girişləri bağlamaq üçün fələstinlilərə məxsus avtomobillərdən istifadə ediblər. Onlar nəqliyyat vasitələrinin sahiblərinin əlindən açarları alıblar.
Qeyd edək ki, oktyabrın 23-də iki fələstinli İsraillə məxsus nəzarət-buraxılış məntəqəsinə atəş açıb. Bu hadisədən sonra şəhərə giriş-çıxış tamamilə məhdudlaşdırılıb.