DÜNYA
1 dəqiqə oxuma
ABŞ ələ keçirdiyi İran gəmisinin heyət üzvlərini Pakistana təhvil verib
ABŞ mediasının ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən yaydığı məlumata görə, Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan "M/V Touska" gəmisinin heyət üzvləri Pakistana təhvil verilib
ABŞ ələ keçirdiyi İran gəmisinin heyət üzvlərini Pakistana təhvil verib
ABŞ ələ keçirdiyi İran gəmisinin heyət üzvlərini Pakistana təhvil verib / Reuters

ABŞ mediasının ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən yaydığı məlumata görə, Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan "M/V Touska" gəmisinin heyət üzvləri Pakistana təhvil verilib. Bildirilib ki, heyət üzvlərinin oradan İrana göndərilməsi nəzərdə tutulur.

ABC News telekanalına açıqlama verən CENTCOM sözçüsü, kapitan Tim Hokins bildirib ki, gəminin 22 nəfərdən ibarət heyət üzvünün Pakistana təhvil verilməsi prosesi artıq yekunlaşıb. Hokins daha 6 nəfərin ötən həftə bölgə ölkələrinə təhvil verildiyini açıqlayıb. İran dövlət mediası isə həmin 6 nəfərin heyət üzvlərinin ailə üzvləri olduğunu qeyd edib.

"M/V Touska" gəmisinin aprelin 19-da İran limanlarına tətbiq edilən blokadanı yarmağa cəhd göstərdiyi və ABŞ qüvvələrinin ‘‘‘dayan’’ əmrinə tabe olmadığı üçün ələ keçirildiyi bildirilir.