Ermənistan parlamentində iyun seçkilərində qələbə qazanan Nikol Paşinyan hökumətinin 2026–2031-ci illər üzrə proqramı səsə qoyulub. Proqram layihəsi 63 deputatın lehinə səs verməsi ilə qəbul olunub. 24 deputat isə əleyhinə çıxış edib.
Təklif olunan proqramda Azərbaycanla bərqərar olunmuş sülhün rəsmiləşdirilməsi yer alır. Sənəddə Türkiyə ilə diplomatik əlaqələrin qurulması və region ölkələri ilə münasibətlərin normallaşdırılması kimi maddələr də əksini tapıb.
Ermənistanın "balanslaşdırılmış və tarazlaşdırıcı xarici siyasət" xəttini davam etdirəcəyi mesajı verilən proqramda başqa hədəflər də var. Bura Aİ və ABŞ ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi, Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi daxildir. Həmçinin İran, Çin və Hindistanla əlaqələrin gücləndirilməsi, sülh və təhlükəsizliyin qorunması da əsas məqsədlər sırasındadır.


















