TÜRKİYƏ
1 dəqiqə oxuma
R.T.Ərdoğan bir sıra ölkələrin Türkiyədəki yeni səfirlərinin etimadnamələrini qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin rəhbərini, həmçinin Koreya, Küveyt, Malayziya və Monqolustanın yeni təyin olunmuş səfirlərini qəbul edib
R.T.Ərdoğan bir sıra ölkələrin Türkiyədəki yeni səfirlərinin etimadnamələrini qəbul edib
R.T.Ərdoğan bir sıra ölkələrin Türkiyədəki yeni səfirlərinin etimadnamələrini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin rəhbərini, həmçinin Koreya, Küveyt, Malayziya və Monqolustanın yeni təyin olunmuş səfirlərini qəbul edib. Prezident İqamətgahında baş tutan rəsmi qəbul zamanı Aİ Nümayəndəliyinin rəhbəri Aivo Orav, Koreya Respublikasının səfiri Sukjonq Bu, Küveytin səfiri Məhəmməd Mərzuq Salman Əl-Şabo, Malayziyanın səfiri Adlan Məhəmməd Şafik və Monqolustanın səfiri Oçir Lxaqvasuren etimadnamələrini dövlət başçısına təqdim ediblər.

Mərasimdə səfirliklərin diplomatik heyətini və ailə üzvlərini Prezident R.T.Ərdoğana təqdim edən diplomatlar daha sonra dövlət başçısı ilə xatirə şəkli çəkdiriblər. Etimadnamələrin təqdim olunması mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan yeni təyin olunmuş səfirlərlə ikitərəfli münasibətlərin perspektivlərini müzakirə etmək məqsədilə ayrı-ayrılıqda işgüzar görüşlər keçirib.