DÜNYA
1 dəqiqə oxuma
İranlı yüksək rütbəli rəsmi ABŞ və İsrailin birgə hücumunda ağır yaralanıb
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərrazi xəstəxanaya yerləşdirilərkən, həyat yoldaşının baş verən hücumda öldüyü bildirilib
İranlı yüksək rütbəli rəsmi ABŞ və İsrailin birgə hücumunda ağır yaralanıb
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərrazi / Reuters
3 saat əvvəl

Yerli media Tehrandakı bir iqamətgahı hədəf alan ABŞ-İsrail hücumunda İranın yüksək rütbəli rəsmisinin ağır yaralandığını elan etdi.

Xəbərlərə görə, Xarici Əlaqələr Strateji Şurasının sədri və keçmiş xarici işlər naziri Kamal Xərrazi evinə təşkil edilən hücumda yaralanıb.

Ağır yaralar səbəbilə xəstəxanaya çatdırılan Xərrazinin həyat yoldaşı isə hücumda həyatını itirib.

Xərrazi mərhum Ali Rəhbər Əli Xameneinin yüksək səviyyəli məsləhətçilərindən biri idi.

Xərrazi yeni ali rəhbər Müctəba Xameneinin atasının dövründə vəzifə yerinə yetirən rəsmiləri dəyişdirməməsi səbəbindən mövqeyini qoruyub.

ABŞ və İsrail 28 fevraldan bəri İrana hava hücumları təşkil edərək, aralarında Əli Xameneinin də olduğu 1 340-dan çox insanın ölümünə səbəb olub.

İran isə İsraillə yanaşı İordaniya, İraq və ABŞ hərbi qüvvələrinə ev sahibliyi edən Körfəz ölkələrini hədəf alan pilotsuz uçuş aparatı və raket hücumları ilə cavab verib.

Hücumlar insan itkilərinə və infrastrukturun zədələnməsinə səbəb olarkən, qlobal bazarları və aviasiyanı da iflic edib.