SİYASƏT
1 dəqiqə oxuma
Rusiya və Əfqanıstan arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb
Sənədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Əfqanıstanın müdafiə naziri Məhəmməd Yaqub imza atıblar
Rusiya və Əfqanıstan arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb
Rusiya və Əfqanıstan arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb / Reuters

Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Forumu çərçivəsində Rusiya ilə Əfqanıstan arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Əfqanıstanın müdafiə naziri Məhəmməd Yaqub imza atıblar.

İmzalama mərasimindən sonra çıxış edən Əfqanıstanın müdafiə naziri Məhəmməd Yaqub Rusiya ilə qarşılıqlı əlaqələrin ölkəsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Əfqanıstan və Rusiyanın dərin tarixi əlaqələrə malik olduğunu qeyd edərək, bu istiqamətdə irəliləməkdə və ikitərəfli münasibətləri daha da genişləndirməkdə qərarlı olduqlarını bildirib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə öz növbəsində Qərb ölkələrini kəskin tənqid edib. Şoyqu bəyan edib ki, Qərb dövlətləri Əfqanıstanın dondurulmuş aktivlərinin üzərindən bloklamanı götürməlidir. O, həmçinin bildirib ki, Qərb dövlətləri Əfqanıstandakı 20 illik hərbi mövcudluqlarına görə məsuliyyətlərini tam şəkildə qəbul etməli və münaqişədən sonrakı yenidənqurma prosesinin bütün maliyyə yükünü öz üzərilərinə götürməlidirlər.