DÜNYA
1 dəqiqə oxuma
Rusiya: Ukraynanın şərqindəki strateji qala Kostyantınivka nəzarətimiz altındadır
Kostyantınivka Kremlin Donbasdakı son hədəfi olan kritik Kramatorsk və Sloviansk şəhərlərinə gedən yoldakı son Ukrayna qalalarından biri mövqeyindədir
Rusiya: Ukraynanın şərqindəki strateji qala Kostyantınivka nəzarətimiz altındadır
Rusiya: Ukraynanın şərqindəki strateji qala Kostyantınivka nəzarətimiz altındadır. / AP

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Donbas bölgəsində Kiyevin nəzarəti altındakı son böyük şəhərlərə gedən yol üzərində kritik baza olan Ukraynanın şərqindəki Kostyantınivka şəhərinə nəzarəti ələ keçirdiyini açıqlayıb.

İyulun 3-də jurnalistlərə açıqlama verən Peskov "Kostyantınivka tamamilə ələ keçirilib. Şəhər hazırda tamamilə bizim nəzarətimiz altındadır" ifadələrini işlədib və Prezident Vladimir Putinin mövzu ilə bağlı hərbi rəsmilərlə görüşdüyünü dilə gətirib.

Baş Qərargahın qarşısında hərbi formada televiziyaya çıxan Putin Rusiya əsgərlərinə təşəkkür edərək Kostyantınivkaya nəzarətin ələ keçirilməsinin "böyük strateji əhəmiyyətə" malik olduğunu qeyd edib. Putin "Rusiya silahlı qüvvələri cəbhədə strateji təşəbbüsü möhkəm şəkildə əlində saxlamağa davam edir" deyib.

Rusiyadan komandir Anton Qrunis isə ordunun "binalarda, zirzəmilərdə və dağıntılarda gizlənməyə çalışan Ukrayna silahlı qüvvələrinin ayrı-ayrı əsgərlərinə qarşı axtarış və məhv etmə əməliyyatları" apardığını qeyd edib.

Luqansk tamamı ilə Rusiyanın nəzarətindədir

Kostyantınivka Kremlin Donbasdakı son hədəfi olan kritik Kramatorsk və Sloviansk şəhərlərinə gedən yoldakı son Ukrayna qalalarından biri mövqeyindədir.

Peskov Putinin Rusiya ordusunun komandanlıq mərkəzinə gedərək Baş Qərargahın hesabatını dinlədiyini və Rusiya əsgərlərinə təşəkkür etdiyini bildirib. Peskov, həmçinin Rusiya qüvvələrinin artıq Donbası təşkil edən iki bölgədən biri olan Ukraynanın şərqindəki Luqansk vilayətinin tamamına nəzarət etdiyini də sözlərinə əlavə edib.