Nümayəndə heyəti 7-8 iyul tarixlərində paytaxt Ankarada keçiriləcək NATO sammiti ərəfəsində "Baykar"ın müdafiə texnologiyaları və innovativ layihələri barədə məlumatlandırılıb.
İstanbulda keçirilən NATO Parlament Sammitində iştirak edən parlament sədrləri gələn həftə Ankarada keçiriləcək NATO sammiti öncəsi, Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuşun ev sahibliyində "Baykar"ın Özdəmir Bayraktar Milli Texnologiya Mərkəzini ziyarət ediblər.
N.Kurtulmuş iyunun 29-da İstanbuldakı Dolmabağça Sarayında təşkil olunmuş sammitdən sonra müttəfiq ölkələrin parlament sədrləri və yüksəksəviyyəli parlament təmsilçiləri ilə birlikdə obyekti gəzib.
"Baykar" İdarə Heyətinin sədri Selçuk Bayraktar ziyarət zamanı nümayəndə heyətinə şirkətin fəaliyyəti, müdafiə texnologiyaları və davam edən innovasiya layihələri haqqında məlumat verib.
Numan Kurtulmuş, həmçinin Türkiyənin Milli Texnologiya Hərəkatı və yerli döyüş pilotsuz uçuş aparatı proqramının öncüllərindən olan mərhum Özdəmir Bayraktarın həyat yoldaşı, "Baykar Technology"nin İdarə Heyətinin Sədri və Texniki Direktoru (CTO) Selçuk Bayraktarın anası Canan Bayraktar ilə də görüşüb.
Bu ziyarət 7-8 iyul tarixlərində paytaxt Ankarada keçiriləcək və rəsmi proqramında ilk dəfə bir müdafiə sənayesi forumuna yer veriləcək NATO sammiti ərəfəsində baş tutub.

















