ABŞ ordusu Sakit okeanın şərqində narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmiyə zərbə endirib, nəticədə iki nəfər ölüb.
ABŞ Cənub Komandanlığının mayın 27-də yaydığı bəyanatda bildirilir ki, kəşfiyyat məlumatları sözügedən gəminin Sakit okeanın şərqindəki məlum marşrutlarında hərəkət etdiyini və narkotik qaçaqmalçılığı əməliyyatlarında iştirak etdiyini təsdiqləyib. Sənəddə həmçinin qeyd olunub ki, əməliyyat zamanı narkoterrorçu olduğu iddia edilən iki şəxs öldürülüb, ABŞ hərbçiləri arasında isə xəsarət alan olmayıb.
Bu hadisə ötən ilin sentyabr ayından bəri bölgədə narkotik daşıyan gəmilərə qarşı keçirilən genişmiqyaslı hərbi kampaniyanın bir hissəsidir. Sözügedən kampaniya çərçivəsində indiyədək ən azı 194 nəfər həyatını itirib. ABŞ ordusu ötən sentyabrın əvvəlində "Southern Spear" əməliyyatına başlayıb. ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Latın Amerikasındakı narkokartellərə qarşı müharibə apardığını bəyan edib.






