TÜRKİYƏ
1 dəqiqə oxuma
B.Duran və H.Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
Bu barədə Burhanəddin Duran rəsmi ''NSosyal'' internet səhifəsində paylaşım edib
B.Duran və H.Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
B.Duran və H.Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər / TRT Azerbaycan
10 saat əvvəl

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə Burhanəddin Duran rəsmi ''NSosyal'' internet səhifəsində paylaşım edib.

Türkiyə ilə Azərbaycan arasında dərin köklərə malik qardaşlıq əlaqələrinin ortaq tarix və güclü əməkdaşlıq anlayışı ilə bütün sahələrdə möhkəmlənməyə davam etdiyini bildirən B.Duran deyib: "Görüşdə kommunikasiya, media və ictimai diplomatiya sahələrində atıla biləcək birgə addımlara diqqət yetirdik. Dezinformasiya ilə mübarizə, etibarlı məlumatların effektiv şəkildə yayılması və strateji kommunikasiyalarda koordinasiyanı gücləndirmək barədə razılığımızı bir daha təsdiqlədik. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın müəyyən etdiyi vizyona uyğun olaraq, dost və qardaş Azərbaycanımızla güclü əməkdaşlığımızı davam etdirəcəyik".