SİYASƏT
1 dəqiqə oxuma
Ərəb ölkələri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə daxil olmasına reaksiya göstəriblər
Ərəb ölkələri və regional təşkilatlar İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə daxil olmasına kəskin reaksiya göstəriblər
Ərəb ölkələri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə daxil olmasına reaksiya göstəriblər
Ərəb ölkələri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə daxil olmasına reaksiya göstəriblər
11 saat əvvəl

Ərəb ölkələri İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə daxil olmasına kəskin reaksiya göstəriblər.

Qətər Xarici İşlər Nazirliyi bu addımı beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması və dünya müsəlmanlarına qarşı təxribat kimi qiymətləndirərək müqəddəs məkanın statusunu dəyişdirmək cəhdlərini qətiyyətlə rədd etdiyini bildirib.

Rəsmi Doha beynəlxalq ictimaiyyəti İsrailin Qüdsdə təkrarlanan qanun pozuntularına qarşı tədbirlər görməyə çağırıb.

İordaniya Xarici İşlər Nazirliyi də hadisəni qəbuledilməz təxribat və məscidin müqəddəsliyinə hörmətsizlik kimi qiymətləndirib. Nazirlik İsrail rəhbərliyini bölgədə zaman və məkan üzrə bölgü yaratmağa cəhd göstərməkdə ittiham edib.

Fələstinin Vəqflər və Dini İşlər Nazirliyi hadisəni “açıq-aşkar hücum” kimi qiymətləndirib. Nazirlik bildirib ki, bu addım İsrail hakimiyyətinin müsəlmanların Əl-Əqsa məscidinə girişinə məhdudiyyətlər tətbiq etdiyi bir dövrdə baş verib.

HƏMAS hərəkatı isə Ben-Qvirin bu addımının müqəddəs məkanın yəhudiləşdirilməsi və tam nəzarətə götürülməsi siyasətinin tərkib hissəsi olduğunu bəyan edib. Hərəkatın liderlərindən Əbdül Rəhman Şadid bu addımı regiona qarşı "ən təhlükəli mütəşəkkil işğal siyasəti" kimi qiymətləndirib.

Qeyd edək ki, İsrail rəhbərliyi fevralın 28-də başlayan ABŞ-İsrail-İran müharibəsi ilə əlaqədar elan edilmiş "fövqəladə vəziyyət" rejimini əsas gətirərək Əl-Əqsa məscidini və Müqəddəs məqbərə kilsəsini ziyarətçilərin üzünə bağlayıb.