Belçika Kralıçası Matildanı İstanbulda qonaq edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gömrük Birliyinin yenilənməsinin Türkiyənin Aİ-yə üzvlük yolunda təcili irəliləyiş əldə edilməli olan sahələrin başında yer aldığını bildirib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan son dövrlərdəki regional inkişafların Türkiyə-Avropa İttifaqı (Aİ) münasibətlərinin geosiyasi əhəmiyyətini bir daha vurğuladığını qeyd edərək, Gömrük Birliyinin mövcud şərtlərə uyğun olaraq yenilənməsinin Türkiyənin tam Aİ üzvlüyü yolunda “təcili irəliləyiş əldə edilməli olan sahələrin başında” olduğunu vurğulayıb.
Prezident bu açıqlamaları İstanbulda Belçika Kralıçası Matilda ilə görüşü zamanı verib. Türkiyə Rabitə Başqanlığının məlumatına görə, görüşlərdə Türkiyə-Belçika ikitərəfli münasibətləri ilə yanaşı, regional və qlobal məsələlər müzakirə olunub.
ürkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti "X" platformasında etdiyi paylaşımda bildirib ki, Prezident Ərdoğan Türkiyənin Aİ müdafiə təşəbbüslərində iştirakının ortaq maraqlarımıza uyğun olduğunu ifadə etmişdir.
Ərdoğan həmçinin Türkiyə və Belçikanın ticarət, müdafiə sənayesi, enerji və kənd təsərrüfatı daxil olmaqla çox geniş sahələrdə mühüm əməkdaşlıq potensialına malik olduğunu qeyd edərək, ikitərəfli əlaqələri daha da gücləndirmək səylərinin davam edəcəyini əlavə edib.
Türkiyənin beynəlxalq arenada getdikcə artan diplomatik rolunu vurğulayan Ərdoğan ölkənin bu il 7-8 iyul tarixlərində Ankarada NATO liderlər zirvəsinə və 9-20 noyabrda COP31 iqlim konfransına ev sahibliyi edəcəyini deyib.
Türkiyə Prezidenti yaşıl enerjiyə keçidin Belçika ilə mühüm əməkdaşlıq sahəsi olduğunu bildirərək, Türkiyənin bərpa olunan enerji gücü baxımından Avropanın qabaqcıl ölkələri arasında yer aldığını vurğulayıb.
Ərdoğan görüş zamanı Kralıça Matildanın Türkiyürkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin iş dünyası ilə qurduğu təmasların konkret nəticələr verəcəyinə ümid etdiyini də ifadə edib.













