DÜNYA
2 dəqiqə oxuma
BMT Qəzzaya yardım aparan donanmanın fəallarının dərhal azadlığa buraxılmasını tələb etdi
BMT Qəzzaya gedən yardım donanmasından saxlanılan iki fəalın dərhal azad edilməsi üçün İsrailə çağırış edib
BMT Qəzzaya yardım aparan donanmanın fəallarının dərhal azadlığa buraxılmasını tələb etdi
Qəzzaya yardım aparan donanmanın fəalları / Reuters

BMT rəsmisi “İsrailin özbaşına həbs tətbiqlərinə və beynəlxalq insan hüquqları qanunvericiliyinə zidd olan, geniş və qeyri-müəyyən terminlərlə müəyyən edilmiş terrorla mübarizə qanunvericiliyindən istifadəsinə son qoyulması çağırışını edirik” -deyə bildirib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzaya gedən yardım donanmasından saxlanılan iki fəalın dərhal azad edilməsi üçün İsrailə çağırış edib və bu şəxslərin pis rəftara məruz qaldıqlarına dair "narahatedici iddiaların" araşdırılmasını tələb edib.

Aşkelondakı həbsxanada saxlanılan İspaniya vətəndaşı Saif Abu Keşek və braziliyalı Thiago Avila aprelin 30-da Yunanıstan sahilləri yaxınlığında, beynəlxalq sularda İsrail qüvvələrinin müdaxilə etdiyi Qəzza yolundakı donanmada olan onlarla fəal arasında idi.

BMT İnsan Hüquqları Ofisinin sözçüsü Thameen Al-Kheetan verdiyi açıqlamada deyib: "İsrail beynəlxalq sularda saxlanılan və hər hansı ittiham irəli sürülmədən tutulmağa davam etdikləri İsrailə gətirilən “Qlobal Sumud Donanması” üzvləri Saif Abu Keşek və Thiago Avilanı dərhal və qeyd-şərtsiz azad etməlidir."

Kheetan əlavə edib: "Həmrəylik nümayiş etdirmək və Qəzzada buna kəskin ehtiyacı olan Fələstin xalqına humanitar yardım çatdırmağa çalışmaq cinayət deyil".

Yardım donanması gəmiləri İsrailin Qəzza blokadasını yarmaq və müharibənin viran qoyduğu Fələstin torpaqlarına humanitar yardım çatdırmaq məqsədilə Fransa, İspaniya və İtaliyadan yola düşmüşdü.

Avila və Abu Keşekin nümayəndələri son altı gündür aclıq aksiyası keçirən hər iki şəxsə qarşı İsrail rəsmiləri tərəfindən pis rəftar edildiyini iddia ediblər.

Kheetan "pis rəftara dair narahatedici hesabatları" pisləyərək araşdırma aparılmasına çağırıb və "məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməli olduğu" mövqeyində israr edib.

Sözçü deyib: "İsrailin özbaşına həbs tətbiqlərinə və beynəlxalq insan hüquqları ilə bir araya sığmayan, geniş və qeyri-müəyyən şəkildə aydın edilmiş terror qanunvericiliyindən istifadə etməsinə son qoyulması çağırışını edirik".

O, həmçinin əlavə edib: "İsrail Qəzza üzərindəki blokadasına da son qoymalı; mühasirə altındakı Fələstin zolağına kifayət qədər miqdarda humanitar yardımın daxil olmasına icazə verməli və bunu asanlaşdırmalıdır”.