TÜRKİYƏ
1 dəqiqə oxuma
Burhanəddin Duran Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib
Burhanəddin Duran Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Burhanəddin Duran Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.

Sosial media hesabında təbrik mesajı paylaşan Burhanəddin Duran Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidləri rəhmətlə anıb, qazilərə isə dərin minnətdarlığını bildirib. Burhanәddin Duran qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü liderlik və sarsılmaz həmrəylik sayəsində iki ölkə arasındakı strateji əməkdaşlıq regional sülh və sabitlik üçün mühüm nümunədir. "Bir millət, iki dövlət" şüarını vurğulayan Burhanәddin Duran Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarının hər zaman davam edəcəyini bildirib.