DÜNYA
1 dəqiqə oxuma
HƏMAS İzzəddin əl-Qəssam briqadasının komandiri Məhəmməd Əvdəhin öldürüldüyünü təsdiqlədi
HƏMAS-ın silahlı qanadı olan İzzəddin əl-Qəssam briqadasının komandirlərindən biri olan Məhəmməd Əvdəh İsrail ordusunun Qəzzaya endirdiyi ağır zərbələr nəticəsində dünyasını dəyişib
HƏMAS İzzəddin əl-Qəssam briqadasının komandiri Məhəmməd Əvdəhin öldürüldüyünü təsdiqlədi
HƏMAS İzzəddin əl-Qəssam briqadasının komandiri Məhəmməd Əvdəhin öldürüldüyünü təsdiqlədi

HƏMAS-ın silahlı qanadı olan İzzəddin əl-Qəssam briqadasının komandirlərindən biri olan Məhəmməd Əvdəh İsrail ordusunun Qəzzaya endirdiyi ağır zərbələr nəticəsində dünyasını dəyişib. HƏMAS-ın yaydığı rəsmi bəyanatda bildirilib ki, Əvdəh İsrailin mayın 27-də həyata keçirdiyi hücum zamanı həyat yoldaşı və iki oğlu ilə birlikdə həlak olub. Fələstin müqavimət hərəkatı Əvdəhi "silahlı müqavimət əməliyyatlarının təməlini qoyan ilk nəslin nümayəndəsi" və hərbi qanadın ən önəmli rəhbərlərindən biri kimi xarakterizə edib.

İsrail ordusu da öz növbəsində Qəzzanın şimalında həyata keçirilən əməliyyatı təsdiqləyərək, Məhəmməd Əvdəhin bu yaxınlarda Qəssam briqadasının yeni baş komandiri seçildiyini irəli sürüb. İsrail mediasının yaydığı məlumata görə, o, bu vəzifəyə İzzəddin əl-Həddadın sui-qəsd nəticəsində öldürülməsindən sonra gətirilib.

İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz da birgə bəyanat yayaraq ordunun Qəzzada birbaşa Əvdəhi hədəf aldığını təsdiqləyiblər.