Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan İsrailin 1915-ci il hadisələrini soyqırım kimi tanımaq qərarına cavab verməyə ehtiyac duymur. İyunun 29-da İrəvanda çıxış edən Paşinyan bildirib ki, "1915-ci il hadisələrindən silah kimi istifadə etməkdən" çəkinmək Ermənistanın maraqlarına xidmət edir.
İyunun 28-də İsrail hökuməti 1915-ci il hadisələrini soyqırım kimi tanıyan qərarı təsdiqləyib. Ankara bu qərarı qətiyyətlə pisləyib və İsraili bu məsələdən "öz cinayətlərini ört-basdır etmək" üçün istifadə etməkdə ittiham edib.