Anadolu Agentliyinin əldə etdiyi məlumatlara görə, cəmi bir həftə ərzində husi üsyançıları Səudiyyə Ərəbistanının beş hava limanını 10 hücumla hədəfə alıblar. Bu hücumlar nəticəsində ən azı 20 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Oktaybrın 12-də Səudiyyə Ərəbistanı bir neçə hücumun qarşısını aldığını elan etdikdən qısa müddət sonra, husilər Ər-Riyad Beynəlxalq Hava Limanını ballistik raketlə hədəfə aldıqlarını açıqlayıblar.