Avropada gənclərin rəhbərliyi ilə keçirilən etiraz dalğası Yunanıstana da yayılıb. Oktyabrın 21-də Afinada minlərlə tələbə və müəllim təhsil büdcəsinin artırılması və daha yüksək əməkhaqqı tələbi ilə küçələrə axışib.
Universitet tələbələri artan yaşayış xərcləri fonunda maliyyə dəstəyinin artırılmasını və pulsuz yataqxana şəraitinin yaradılmasını tələb ediblər. Lisey şagirdləri məktəblərə daha çox vəsait ayrılmasını, müəllimlər isə maaşların artırılmasını istəyiblər.