Hadisə şahidinin lentə aldığı video görüntüdə Rusiyaya məxsus pilotsuz uçuş aparatının Kiyevdəki körpüyə çırpıldığı əks olunur. Zərbə nəticəsində körpünün hərəkət hissəsinə və troleybusların elektrik xətlərinə ziyan dəyib, həmçinin nəqliyyatın hərəkəti məhdudlaşıb.
Moskva hakimiyyətinin Ukraynanın paytaxtındakı kritik infrastruktura zərbələrini artırması ilə Kiyevdəki mühüm körpülər ardıcıl dörd gün Rusiyanın pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalıb.