Qərbi Frakiya türk azlığının qarşılaşdığı hüquq pozuntularına qarşı apardığı mübarizə ilə yaddaşlara həkk olunan Dr. Sadiq Əhməd müxtəlif təzyiq və hədələrə məruz qalıb, həbs olunub, lakin heç vaxt geri addım atmayıb. O, başda türk kimliyinin Yunanıstan tərəfindən tanınması olmaqla, əsasən insan və vətəndaşlıq hüquqlarının əldə olunması uğrunda mübarizə aparıb.
Qərbi Frakiya Türk Azlığının hüquqlarını zəmanət altına alan Lozanna Sülh Müqaviləsinin imzalanmasının ildönümünü günü 1995-ci il iyulun 24-də şübhəli yol qəzası nəticəsində hələ 48 yaşında ikən hayata gözlərini yumdu. Dr. Sadiq Əhmədin hüquqi müstəvidə əsasını qoyduğu və bu gün də davam edən hüquq uğrunda mübarizəsi Qərbi Frakiya türklərinin ən qalıcı demokratik irsi kimi yaşamağa davam edir.