Yerli mənbələrin verdiyi məlumata görə, İsrail hərbi təyyarələri Qəzzanın mərkəzindəki “Əl-Bureyc” qaçqın düşərgəsində yerləşən "Ən-Nur" məscidini yerlə yeksan edib. Hücum yaxınlıqdakı yaşayış massivinə boşaldılma xəbərdarlığı edildikdən dərhal sonra həyata keçirilib. Zərbə bölgə sakinləri arasında böyük təşvişə səbəb olub və ailələrin ərazidən qaçmasına gətirib çıxarıb.
Qəzza Səhiyyə Nazirliyi İsrailin atəşkəs razılaşmasını pozması nəticəsində iyulun 22-nə olan məlumata əsasən 1181 fələstinlinin həyatını itirdiyini, 3810 şəxsin isə yaralandığını bildirib.