"Palantir" şirkətinin Londondakı baş idarəsi qarşısında kəfiyyə taxmış fələstin tərəfdarı aksiyaçı İsrail bayraqları dalğalandıran və şüarlar səsləndirən etirazçı kütlə tərəfindən mühasirəyə alınıb.
Qeyd edək ki, bu aksiya "Palantir" şirkətinin Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) ilə imzaladığı milyardlarla sterlinqlik müqavilənin ləğvini tələb edən ölkəmiqyaslı aksiyanın bir hissəsi idi. Aksiyaçılar şirkətin İsrail ordusuna süni intellekt və məlumat texnologiyaları təmin etməkdəki rolunu, habelə miqrantlara yönəlmiş fəaliyyətlərinə etiraz edirlər.