Böyük Britaniyada iki iranlı müxalif jurnalistləri izləməkdə təqsirli bilinib
Dünya
Böyük Britaniyada iki iranlı müxalif jurnalistləri izləməkdə təqsirli bilinib
Britaniya polisi bu məhkəmə işinin ölkədə İran mənşəli fəaliyyətlərdə artım olduğuna işarə etdiyini bildirib

Böyük Britaniyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) adından müxalif jurnalistləri izlədikləri müəyyən edilən iki İran vətəndaşı məhkəmə tərəfindən təqsirli bilinib. Britaniya polisi bu məhkəmə işinin ölkədə İran mənşəli fəaliyyətlərdə artım olduğuna işarə etdiyini bildirib.

Rəsmilər verdikləri açıqlamada 41 yaşlı Mustafa Sepahvəndin Vulviç (Woolwich) Kral Məhkəməsində baxılan iş üzrə iki ayrı cinayətdən, 46 yaşlı Fərhad Cavadi Maneşin isə Böyük Britaniyanın Milli Təhlükəsizlik Aktı çərçivəsində bir cinayətdən məhkum edildiyini açıqlayıblar.

İş üzrə mühakimə olunan 57 yaşlı Şapur Qələəli Xani Nuri isə bəraət qazanıb.

İran tərəfi isə sözügedən casusluq iddialarında rolunun olduğunu təkzib edib.

İranın Londondakı Səfirliyinin "X" sosial media platformasında yaydığı bəyanatda bu ifadələrə yer verilib: "İran İslam Respublikasının Londondakı Səfirliyi Britaniya ədliyyə orqanlarının Birləşmiş Krallıqda zorakılıq aktlarının yönləndirilməsini və ya dəstəklənməsini İran hökumətinin adına yazmaq istiqamətindəki dağıdıcı addımlarını qəti şəkildə rədd edir. Sözügedən şəxslərlə İran qurumları arasında hər hansı əlaqənin olduğuna, yaxud bu şəxslərin casusluq fəaliyyəti ilə məşğul olduqlarına dair iddialar tamamilə əsassızdır".

Daha çox video
Qeyri-qanuni israilli köçkünlər fələstinli fermerlərə hücum etdilər
Britaniyalı həkim İsrailin Nasser xəstəxanasına endirdiyi zərbənin nəticələrini göstərib
8 nəfərin öldüyü binanın dağıntıları altından sağ çıxan ailənin xilas olma anı görüntülənib
Qəzzada 10 aylıq körpə çadırda donaraq ölüb
Prezident Ərdoğan COP31 İqlim Sammitində Qəzzadakı humanitar böhrana diqqət çəkib
Avstraliyanın Viktoriya ştatında altı gün itkin düşən 17 yaşlı yeniyetmə sağ tapılıb
İsrailin Nasser xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində azı altı fələstinli həyatını itirib
Amerikalı senator B.Şats İsraili Qəzzaya humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıb
Palau Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla selfi çəkdirib
İsrail Hərbi Dəniz Qüvvələri Qəzza sahillərində fələstinli balıqçılara atəş açıb