İsrail Livanın cənubuna fosfor bombaları ilə zərbələr endirdi
00:21
Dünya
İsrail Livanın cənubuna fosfor bombaları ilə zərbələr endirdi
İsrail ordusu mayın 6-da Livanın cənubundakı kəndləri, xüsusilə Nəbatiyə bölgəsində yerləşən Yahmar əş-Şakif yaşayış məntəqəsini atəşə tutub

İsrail ordusu mayın 6-da Livanın cənubundakı kəndləri, xüsusilə Nəbatiyə bölgəsində yerləşən Yahmar əş-Şakif yaşayış məntəqəsini atəşə tutub. Bu hücumlar zamanı beynəlxalq qanunlarla qadağan edilmiş fosforlu mərmilərdən istifadə olunub. Oxşar bombardmanlar bir gün əvvəl Bint-Cubeyl rayonunun Kunin və Beyt-Yahun kəndlərində də qeydə alınıb.

Livan rəsmi mənbələrinin məlumatına görə, mayın 6-da ölkənin cənub və şərq hissələrinə endirilən hava zərbələri və PUA hücumları nəticəsində 7 nəfər həyatını itirib. Yaralanan 6 nəfər arasında tibb işçilərinin də olduğu bildirilir.

Daha çox video
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
İsrailli əsgər Livan ərazisindəki evi partlatmazdan dəqiqələr əvvəl videoya çəkib
Avropadakı etirazlar Yunanıstana yayıldı
Fransadakı etirazlar zamanı qarətçilər Liondakı zərgərlik mağazasını talan etdilər
Orit Struk: "İsrailin bütün torpaqları bizimdir"
Qəzzada mülki şəxslər İsrailə məxsus pilotsuz uçuş aparatının hücumuna məruz qaldılar
Fransada tüğyan edən etiraz aksiyalarında təxminən 1800 nəfər saxlanılıb
İsrael Katz "Qəzza modeli"ni Livanın cənubunda tətbiq etməsilə öyünür
ABŞ-də ICE əməkdaşları törətdikləri zorakı həbs zamanı ABŞ vətəndaşının qolunu sındırıblar
Pep Qvardiola İsrailin Qəzzada törətdiyi soyqırımı pisləyib