Şahidlərin çəkdiyi görüntülərdə mərmilə vurulan gəminin Hörmüz boğazı yaxınlığında batmasından sonra Oman sahillərində dənizdə üzən konteynerlər və qalıqlar görünür.
Dəniz təhlükəsizliyi mənbələrinin məlumatına görə, 2 824 iyirmi futluq konteyner tutumuna malik Sinqapur bayraqğı altında üzən kiçik "GFS Pride" konteyner gəmisi boğazı keçərkən batıb.
Sinqapur Dənizçilik və Liman İdarəsi oktyabrın 15-də verdiyi bəyanatda bildirib: "GFS PRIDE gəmisi zədələnib və gəmidə yanğın baş verib. Sonra isə gəmi batıb. 21 nəfərlik heyət üzvünün hamısı təhlükəsiz şəkildə təxliyə edilib. Xəsarət alan yoxdur".