Bosniya və Herseqovinada şəxsiyyəti yeni müəyyən edilən Srebrenitsa soyqırımının 10 qurbanı 31 ildən sonra dəfn edilib.
1995-ci ilin iyulunda törədilən Srebrenitsa soyqırımının ildönümü münasibətilə yaşıl örtüklə örtülmüş tabutlar Potoçari Memorial Qəbiristanlığına aparılıb.
Dəfn edilən qurbanların yaşı 20 ilə 56 arasında olub. Faciədən 31 il keçməsinə baxmayaraq, məhkəmə-tibbi ekspertlər kütləvi məzarlıqlardan çıxarılan insan qalıqlarının şəxsiyyətini müəyyənləşdirmək üçün işlərini davam etdirirlər.