ABŞ qüvvələri ardıcıl olaraq yeddinci gecə də İrana zərbələr endirib. Tehran hakimiyyəti isə buna cavab olaraq Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərini hədəf alıb. Hücumlar pilotsuz uçuş aparatları (PUA) və raketlərlə həyata keçirilib.
İranın dövlət mediası ABŞ-nin hücumları barədə məlumat yayıb. Bildirilib ki, ölkənin cənubundakı Hörmüzqan əyalətinə edilən hücumlar nəticəsində 3 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. Zərbələr zamanı bir su təchizatı obyektinə də ziyan dəyib. Bu səbəbdən minlərlə sakinin su təminatında fasilələr yaranıb.