Yəmənli Nobel Sülh Mükafatı laureatının BMT-də çıxışına icazə verilmədi
Dünya
Yəmənli Nobel Sülh Mükafatı laureatının BMT-də çıxışına icazə verilmədi
2011-ci il Nobel Sülh Mükafatını bölüşən Karman çatdırmaq istədiyi əsas mesajı Şura zalının xaricində BMT mətbuatına ötürdü

 2011-ci il Nobel Sülh Mükafatı laureatı yəmənli Təvəkkül Karman Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) çıxışının əngəlləndiyini bildirərək, "Bəzi hökumətlər müstəqil və azad səsləri eşitmək istəmədi" dedi.

2011-ci il Nobel Sülh Mükafatını bölüşən Karman çatdırmaq istədiyi əsas mesajı Şura zalının xaricində BMT mətbuatına ötürdü. Yəməndəki böhranın əsas səbəbinin "dövlətin süqutu" olduğunu vurğulayan Karman "birincidərəcəli məsuliyyətin" Husi üsyançılarının üzərində olduğunu ifadə etdi.

Karman bəyanatında bu fikirləri səsləndirdi: "Eyni zamanda beynəlxalq aləmdə tanınan hökumətin nümayiş etdirdiyi qeyri-kafi fəaliyyət, idarəetmə çatışmazlığı və daxili parçalanmalar dövlət idarələrini və qanunun aliliyini daha da zəiflətdi. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın müdaxiləsi və BƏƏ-nin müdaxilələri də beynəlxalq aləmdə tanınan hökuməti acizləşdirdi".

Karman "Yəmənlilər beynəlxalq ictimaiyyətdən öz gələcəklərini inşa etməsini istəmir. Yəmənlilər ölkələrini geri almaq və öz gələcəklərini qurmaq mübarizəsində beynəlxalq ictimaiyyətin onların yanında olmasını tələb edirlər" dedi.


Daha çox video
İsrail ordusu yolu bağlamaq üçün fələstinlilərin maşınlarından istifadə edir
Tel-Əvivdə minlərlə şəxs B.Netanyahuya qarşı etiraz aksiyası keçirib
Keniyada çoxmərtəbəli bina çöküb
Hindistanda 500 müsəlman ailənin evi dağıdıldı
Qəzzanın azyaşlı qızı Nisrin finala vəsiqə qazandı!
Özünü iraqlı kimi təqdim edən israilli ilə müsahibə
İsrail Qəzzadakı Nuseyrat qaçqın düşərgəsindəki ailələrdən birinin evinə hava zərbəsi endirdi
Hakan Fidan: "Türkiyə ilə Liviya arasında imzalanan saziş tamamilə qanunidir"
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
İsrailli əsgər Livan ərazisindəki evi partlatmazdan dəqiqələr əvvəl videoya çəkib