TÜRKİYƏ
3 dəqiqə oxuma
Türkiyə ilə Sinqapur arasında İqtisadi və Ticarət Əməkdaşlığı üzrə protokol (JETCO) imzalandı
Tərəflər arasında imzalanan JETCO Protokolu ilə iki ölkənin bir-birini tamamlayan xüsusiyyətlərindən yararlanılaraq ticarət və investisiya üzrə sahələrdə əməkdaşlığın daha da irəli aparılması hədəflənir
Türkiyə ilə Sinqapur arasında İqtisadi və Ticarət Əməkdaşlığı üzrə protokol (JETCO) imzalandı
Türkiyə ilə Sinqapur arasında İqtisadi və Ticarət Əməkdaşlığı üzrə protokol (JETCO) imzalandı

Türkiyə və Sinqapur arasında keçirilən İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Birgə Komissiya (JETCO) iclasından sonra Türkiyə ticarət naziri Ömər Bolat ilə Sinqapurun davamlılıq, ətraf mühit və ticarət naziri Qreys Fu tərəfindən "Odakule"də protokol imzalanıb.

Mərasimdə çıxış edən Ö.Bolat görüşlərdə iki ölkə arasındakı ticarət və iqtisadi əlaqələrin bütün aspektlərinin müzakirə edildiyini bildirib. JETCO Protokolunun Türkiyənin Sinqapura və Cənub-Şərqi Asiyaya verdiyi önəmin göstəricisi olduğunu vurğulayan nazir imzalanma tarixinin iki ölkə arasındakı Azad Ticarət Sazişinin (ATS) 11-ci ildönümünə təsadüf etməsinə də diqqət çəkib.

Ö.Bolat JETCO mexanizmi vasitəsilə ticarətlə yanaşı, investisiya, rəqəmsal iqtisadiyyat, yaşıl transformasiya, energetika, logistika və maliyyə sahələrində müntəzəm məsləhətləşmələrin aparılacağını, yeni əməkdaşlıqların konkret layihələrə çevrilməsinin hədəfləndiyini deyib.

 

"2020-ci ildən bəri Sinqapurun Türkiyədəki investisiyaları 90 faiz artıb"

Ö.Bolat iki ölkə arasındakı ticarət dövriyyəsinin 2025-ci ildə 1,1 milyard dollara çatdığını, ilin sonunda bu rəqəmin 1,3-1,4 milyard dollara yüksələcəyini gözlədiklərini açıqlayıb. Sinqapur şirkətlərinin Türkiyədəki birbaşa investisiya ehtiyatının 2,7 milyard dollar olduğunu bildirən nazir 2020-ci ildən bəri investisiyaların 90 faiz artdığını qeyd edib.

Mövcud ticarət dövriyyəsinin iki ölkənin iqtisadi potensialını tam əks etdirmədiyini ifadə edən Ö.Bolat Sinqapurun Cənub-Şərqi Asiyada mühüm maliyyə, ticarət və logistika mərkəzi olduğunu deyib. O, Türkiyənin isə Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikaya çıxışı təmin edən güclü istehsal və ixrac bazası olduğunu vurğulayıb.

Ö.Bolat iki ölkənin üçüncü ölkələrdə birgə layihələr hazırlamaq potensialına da malik olduğunu bildirərək, Türkiyənin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 12-ci Dialoq Tərəfdaşı olması prosesinə Sinqapurun verdiyi dəstəyə görə təşəkkür edib.

Gələn il keçiriləcək JETCO iclasına iş dünyasının da fəal şəkildə qatılmasını təmin etməyi hədəflədiklərini bildirən Ö.Bolat bu çərçivədə biznes-forumların və dəyirmi masaların təşkil ediləcəyini söyləyib. Bundan əlavə, o, yaşıl transformasiya sahəsində Sinqapurun təcrübəsindən yararlanmaq və qarşılıqlı məlumat mübadiləsini artırmaq istədiklərini dilə gətirib.

 

"Azad Ticarət Sazişindən sonra Türkiyə Sinqapur şirkətlərinin böyük marağına səbəb olub"

Sinqapurlu nazir Qreys Fu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etdiyinə və təşkilatçılığın uğurla həyata keçirildiyinə görə Türkiyəyə təşəkkür edib. O, JETCO Protokolunun hazırlıq işlərinin təxminən 6-7 ay ərzində tamamlanmasını mühüm irəliləyiş kimi qiymətləndirib.

Azad Ticarət Sazişindən sonra Sinqapur şirkətlərinin Türkiyəyə böyük maraq göstərdiyini bildirən Q.Fu logistika, liman idarəçiliyi, qida emalı, energetika, bərpaolunan enerji və maliyyə xidmətlərini əsas əməkdaşlıq sahələri kimi sadalayıb.

Q.Fu xüsusilə bərpaolunan enerji sahəsində həm Türkiyədə, həm də Sinqapur və Cənub-Şərqi Asiyada mühüm imkanların mövcud olduğunu ifadə edib. Nazir Türkiyə şirkətlərinin bu sahədə Sinqapurda investisiya və əməkdaşlıq imkanlarını qiymətləndirə biləcəyini söyləyib.

İki ölkə arasındakı ticarət və investisiya əlaqələrindəki dinamikanı davam etdirmək istədiklərini bildirən Q.Fu JETCO prosesinin hökumət nümayəndələrini və iş adamlarını bir araya gətirərək bu hədəfə töhfə verəcəyini qeyd edib.

 

MƏNBƏ:TRT
Araşdırma
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək
Türkiyə yaşıl, rəqəmsal keçidi sürətləndirmək məqsədilə "Yaşıl Uzlaşma Fəaliyyət Planı"nı yeniləyib
Prezident Ərdoğan: "Sərhədlərimiz daxilində və xaricində sülh və sabitliyi gücləndiririk"
Rusiya nümayəndə heyəti Ukrayna və ABŞ ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə səfər edib