DÜNYA
1 dəqiqə oxuma
Rusiyanın Krasnodar bölgəsinə PUA hücumundan sonra neft emalı zavodunda yanğın baş verib
Hadisə nəticəsində iki nəfər həlak olub, iki nəfər yaralanıb
Rusiyanın Krasnodar bölgəsinə PUA hücumundan sonra neft emalı zavodunda yanğın baş verib
(ARXİV) Rusiyanın Krasnodar bölgəsinə PUA hücumundan sonra neft emalı zavodunda yanğın baş verib.

Rusiyanın Krasnodar bölgəsindəki neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.

Krasnodar qubernatoru Veniamin Kondratyev yazılı açıqlamasında bildirib ki, gecə saatlarında bölgədəki mülki obyektlərə dron hücumu edilib.

V.Kondratyev vurulan dron qalıqlarının Afipski qəsəbəsindəki dəmiryol stansiyasının yaxınlığına düşməsi nəticəsində 2 nəfərin həlak olduğunu, 2 nəfərin isə yaralandığını diqqətə çatdırıb.

Qubernator Afipskidə ən azı 10 fərdi yaşayış evinə ziyan dəydiyini və həmin evlərdən birində yanğın başladığını qeyd edib.

Kondratyev, həmçinin ərazidəki neft emalı zavodunda yanğın baş verdiyini və yanğınsöndürənlərlə təcili yardım əməkdaşlarının hadisə yerində işlərini davam etdirdiklərini bildirib.