Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran rəsmi internet səhifəsində etdiyi paylaşımda Sinqapurun Baş naziri Lourens Vonqun iyunun 19-da Türkiyəyə işgüzar səfər edəcəyini bildirib. Burhanəddin Duran qeyd edib ki, səfər çərçivəsində Türkiyə ilə Sinqapur arasındakı ikitərəfli münasibətlər, ticarət və investisiya əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək.
TÖVSİYƏ EDİLƏN
Görüşlər zamanı iki ölkə arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq konkret addımlar qiymətləndiriləcək. Burhanəddin Duran görüşlərdə həmçinin aktual regional və qlobal proseslərin də müzakirə olunacağını bildirib.

















