TURİZM
1 dəqiqə oxuma
Bodrum masmavi çimərliyi və təbii gözəllikləri ilə turistləri cəlb edir
Bu bölgəyə xüsusilə Rusiya, ərəb ölkələri, Hindistan və Çin başda olmaqla dünyanın bir çox yerindən ziyarətçilər gəlməkdədir
Bodrum masmavi çimərliyi və təbii gözəllikləri ilə turistləri cəlb edir
Bodrum masmavi çimərliyi və təbii gözəllikləri ilə turistləri cəlb edir

Türkiyənin qabaqcıl turizm mərkəzlərindən biri olan Muğlanın Bodrum rayonunda yay mövsümünün canlanması ilə birgünlük qayıq turlarına maraq artıb.

Masmavi körfəzləri, təbii gözəllikləri və bənzərsiz dəniz marşrutları ilə yerli və xarici turistlərin sevimli məkanı olan rayonda hər gün yüzlərlə ziyarətçi birgünlük qayıq turlarına qatılaraq Bodrumun gizli körfəzlərini kəşf edir.

Mövsümün başlanması ilə qayıqlarda doluluq səviyyəsi yüksəlir. Sektor nümayəndələri isə tələbatın ötən illərlə müqayisədə daha tez artdığını bildirirlər. Turizm mütəxəssisləri yay mövsümünün növbəti günlərində sifarişlərin daha da artacağını gözlədiklərini ifadə edirlər.

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) Bodrum Regional Nümayəndəliyi İdarə Heyətinin sədri Enver Kantarmış “Anadolu” agentliyinin müxbirinə açıqlama verib. O, Qurban bayramı ilə birlikdə Bodrumda turizm aktivliyinin nəzərəçarpacaq dərəcədə artdığını söyləyib.

Mövsümlə bağlı gözləntilərin yüksək olduğunu bildirən E.Kantarmış rayonda təxminən 500 ədəd birgünlük tur qayığının olduğunu qeyd edib. O, kirayə məqsədilə istifadə edilən qayıqlarla birlikdə bu sayın 2 minə çatdığını vurğulayıb.

Bəzi ölkələrdə yaşanan müharibələrə baxmayaraq, Türkiyə turizmində hər hansı bir geriləmənin müşahidə olunmadığını dilə gətirən E.Kantarmış xüsusilə Rusiya bazarına yönəlmiş yeni uçuşların fəaliyyətə başlamasının sektora müsbət təsir göstərdiyini diqqətə çatdırıb.

MƏNBƏ:TRT