DÜNYA
1 dəqiqə oxuma
Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İran arasındakı görüşün yekun bəyannaməsi yayımlanıb
Görüşdə Türkiyəni Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın təmsil edib
Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İran arasındakı görüşün yekun bəyannaməsi yayımlanıb
Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İran arasındakı dördtərəfli görüşün yekun bəyannaməsi yayımlandı

İranın paytaxtı Tehranda Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İran nümayəndə heyətləri arasında regional təhlükəsizlik, İsrailin bölgədəki fəaliyyətləri, həmçinin Fələstin və Livandakı hadisələrin müzakirə edildiyi dördtərəfli görüşün yekun bəyannaməsi yayımlanıb.

Bəyannamədə bölgədə sülh və təhlükəsizlik mövzuları da daxil olmaqla, dörd bölgə ölkəsi arasındakı əməkdaşlığı gücləndirmək məqsədilə danışıqları davam etdirmək barədə razılığa gəlindiyi qeyd edilib.

İranın Milli Təhlükəsizlik Ali Şurasının Baş katibi Möhsün Rzayinin ev sahibliyi ilə keçirilən görüşdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan nümayəndə heyətləri iştirak edib.

İran Prezidenti Məsud Pezeşkian və İranın xarici işlər naziri Abbas İraqçinin qatıldığı görüşdə Türkiyəni Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Səudiyyə Ərəbistanını müdafiə naziri şahzadə Xalid bin Salman, Pakistanı isə Baş Qərargah rəisi Asim Münir təmsil edib.

Dördtərəfli görüşdə regional təhlükəsizlik, İsrailin bölgədəki fəaliyyətləri, həmçinin Fələstin və Livandakı hadisələr müzakirə edilib.