Güləş üzrə dünya çempionatı Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
"Barıs Arena"da 9 gün davam edəcək yarışda idmançılar yunan-Roma, qadın və kişi sərbəst güləşi üzrə ümumilikdə 10 çəki dərəcəsində mübarizə aparacaqlar. Turnirdə 30 pəhləvanla təmsil olunan Türkiyə milli komandası bütün çəkilərdə medal uğrunda yarışacaq.
Təqvimə əsasən, oktyabrın 24-dən 27-dək yunan-Roma, 27-dən 30-dək qadın, 29 oktyabr - 1 noyabr tarixlərində isə sərbəst güləş üzrə görüşlər keçiriləcək.
Çempionat yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlayacaq. İlk gün 55, 60, 77 və 82 kq çəki dərəcələrində təsnifat, dörddəbir və yarımfinal görüşləri baş tutacaq. Türkiyəni çempionatda Ömər Halis Rəcəb, Enes Başar, Əhməd Yılmaz və Yüksəl Sarıçiçək təmsil edəcəklər.
Qeyd edək ki, çempionatda türkiyəli güləşçi Rza Kayaalp da mübarizə aparacaq.



















