Böyük Britaniya hökumətinin təqdim etdiyi yeni təlimat vətəndaşları kiberhücumlar, daşqınlar, meşə yanğınları və mümkün təxribat risklərinə qarşı hazırlamağı hədəfləyir.
Kampaniya çərçivəsində əhaliyə elektrik kəsintiləri ehtimalına qarşı daşınan enerji cihazları (powerbank), batareyalı və ya mexaniki radiolar, həmçinin çap olunmuş təlimat siyahılarını hazır saxlamaq tövsiyə olunur.
TÖVSİYƏ EDİLƏN
Məsələnin vacibliyini vurğulayan səhiyyə naziri Ues Stritinq bildirib ki, fövqəladə hallara qarşı hazırlıqda hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməlidir.






















