SİYASƏT
1 dəqiqə oxuma
Dmitri Peskov:''Ukrayna ilə danışıqların Əbu-Dabidə keçirilməsi planlaşdırılır''
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə planlaşdırıldığını bildirib
Dmitri Peskov:''Ukrayna ilə danışıqların Əbu-Dabidə keçirilməsi planlaşdırılır''
Dmitri Peskov:''Ukrayna ilə danışıqların Əbu-Dabidə keçirilməsi planlaşdırılır''

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə planlaşdırıldığını bildirib.

D. Peskov bu barədə Moskvada jurnalistlərə ABŞ-a dizel yanacağının tədarükü ilə bağlı açıqlama verərkən deyib.

O, görüşdə ehtimal olunan sülh sazişindən sonra Rusiya və Ukraynanın təhlükəsizlik təminatlarının müzakirə ediləcəyini vurğulayıb.

"Bu, sülhün əldə olunmasında son dərəcə vacib məqamlardan biridir. Bu məsələ həll edilmədən razılığın əldə olunması mümkün deyil",-deyə D. Peskov vurğulayıb.

Avropa ölkələrinin danışıqlara qoşulma ehtimalına toxunan D. Peskov heç bir variantı istisna etmədiklərini, lakin Əbu-Dabidəki görüşün məhz üçtərəfli formatda nəzərdə tutulduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Avropanın təhlükəsizlik quruluşu digər dövlətlərin iştirakı olmadan müəyyənləşdirilə bilməz, lakin ilk müzakirələr Rusiya, ABŞ və Ukrayna arasında aparılacaq.

Dmitri Peskov həmçinin Rusiyadan ABŞ-a dizel yanacağı daşıyan ilk tankerin yola düşdüyünü və tədarükün müntəzəm olaraq davam edəcəyini qeyd edib.