Liviya yanacaq böhranı ilə üz-üzədir. Ölkənin qərbində yerləşən Zaviyə şəhərindəki neft obyektlərinə edilən son hücumlar və fasiləsiz elektrik kəsintiləri yanacaqdoldurma məntəqələrində yüzlərlə metrlik avtomobil növbələrinin yaranmasına səbəb olub.
Silahlı qruplaşmalar arasında toqquşmaların intensivləşməsi və Zaviyədəki neft obyektlərini hədəf alan PUA hücumları yerli neft emalı zavodlarının fəaliyyətində ciddi axsamalar yaradıb.
Liviya Milli Neft Korporasiyası Zaviyədə istehsalın bərpa olunduğunu açıqlasa da, yanacaqdoldurma məntəqələrindəki uzun növbələr artıq 10 gündür ki, səngimir.
Vəziyyəti ağırlaşdıran başqa bir amil isə son üç aydır gündə 4 saatdan 10 saata qədər davam edən elektrik kəsintiləridir. Elektrik generatoru olmayan məntəqələr fəaliyyətini dayandırmalı olur. Buna görə də fəaliyyətini davam etdirən azsaylı məntəqələrdə böyük sıxlıq yaranır.





















